Səfir ol

Məzun Səfir Proqramının məqsədi – cəlb olunmuş səfirlər vasitəsilə ölkə daxilində və xaricində “CÀSÀ” Məzunlar Assosiasiyası şəbəkəsini genişləndirmək və təbliğ etməkdir. Səfirin rolu Assosiasiyanı təmsil etməklə məhdudlaşmayıb, həmçinin “CÀSÀ” Məzunlar Assosiasiyasının fəaliyyətlərinin koordinasiyasını həyata keçirməyi,  məzunların yaşadığı şəhərlərdə/rayonlarda mövcud olan məzunlar birliklərini inkişaf etdirməyi və qoruyub saxlamağı əhatə edəcək.
 
Məzun Səfir Proqramı Məzunlar Assosiasiyasının rəhbərliklə koordinasiya şəraitində çalışacaq məsul şəxsinin rəhbərliyi altında fəaliyyət göstərəcək.

Tələblər:

  • “CÀSÀ” məktəbinin məzunu olmaq
  • Məzun-səfir olmaq istədiyiniz şəhərdə/rayonda yaşamaq
  • “CÀSÀ” Məzunlar Assosiasiyasını müsbət və ləyaqətlə təmsil etmək
  • Məhsuldarlığa/qiymətləndirməyə əsasən əlavə öhdəliklər yenilənəcək.
  • Həvəsli, təşəbbüskar olmaq və mükəmməl sosial bacarıqlara və ünsiyyət bacarıqlarına malik olmaq.
  • Assosiasiya üçün bəzi könüllü vəzifələri yerinə yetirmək istəyi.
  • Dəstək, yardım və (və ya) məlumat əldə etmək üçün məzunlardan elektron məktublar almağa həvəsli olmaq.
  • Ölkənizdəki perspektivli tələbələr üçün əlaqə saxlanılacaq şəxs olmaq, müraciət edənləri istiqamətləndirmək və (və ya)“CÀSÀ”nın və ya tərəfdaş məktəblərin yaxın dövrdə regionunuzdakı təhsil proqramlarına qəbul olunmuş tələbələrini burada olduqları müddətdə hazırlaşdırmaq.
  • Həvəsli, özünə əmin olmaq və başqaları ilə kollektiv üzvü kimi və ya müstəqil şəkildə işləməkdən zövq almaq.
  • Şəbəkələşmək və dəyərli əlaqələr əldə etmə istəyi.
  • “CÀSÀ” birliyində həm tələbə, həm də məzun kimi fəal rol oynamağın əhəmiyyətini anlamaq.

İmtiyazlar:

  • Məzunlar assosiasiyası, fakültə və heyətlə əlaqələri davam etdirmək imkanı.
  • Sizin (beynəlxalq) kariyeranıza fayda verə biləcək digər məzunlar və biznes əlaqələri vasitəsilə şəbəkənizi genişləndirmə imkanı.
  • Praktik təcrübə əldə etmək, mentorluq bacarıqları öyrənmək və insanlararası bacarıqlarınızı inkişaf etdirmək imkanı.
  • Peşəkar inkişaf üçün imkanlar (məs., qonaqlarla ünsiyyət, mentorluq və şəbəkələşmə) vasitəsilə təcümeyi-halınızı təkmilləşdirmək.
  • Hər bir öhdəlik ilini başa vurduqdan sonra təşəkkürnamə və biznes kartı əldə etmək.
  • İlham mənbəyi olmaq!
Ətraflı məlumat üçün zəhmət olmasa, Məzunlar assosiasiyasının əlaqə ofisi ilə əlaqə saxlayın: info@casa.az