Qida və içki xidməti sahəsində 2-ci dərəcəli Diplom

“CÀSÀ” öz tələbələrinin bütün səviyyələrdə hərtərəfli təcrübə əldə etmələrini təmin etmək üçün öz möhtəşəm proqramlarını müasir avadanlıq və ləvazimatlarla tamamlayır. 
 
“CÀSÀ”nın kollektivinə tanınmış aşpazlar və kulinariya mütəxəssisləri daxildir ki, bu aşpaz və mütəxəssislər müraciət edən aşpazların öz potensiallarını tam şəkildə reallaşdırmalarına kömək etmək və onların HORECA sektorundakı yüksək səviyyəli müəssisələrdə işə başlamalarını sürətləndirmək məqsədilə təlim proqramlarını onların ehtiyaclarına uyğunlaşdıracaqlar.
Kurs Haqqında Məlumat və Kursun Planı
Yemək və içki servisi sahəsində 2-ci Səviyyə Diplomu qonaqpərvərlik sektorunda öz kariyerasına başlamaq və ya kariyerasını inkişaf etdirmək istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.  Bura işəgötürənlərin müəyyənləşdirdiyi başqalarına öyrədilə bilən və vəzifə rolu üçün spesifik bacarıqlar daxildir ki, bu da namizədlərin qonaqpərvərlik sektorunda yalnız konkret bir rol üçün deyil, bütövlükdə kariyera üçün əmək qabiliyyətli kadrlara çevrilməsini təmin edir.
 
Tələbələrə şərab və içki, həmçinin iaşə sahəsində ilkin olaraq texniki-praktik səviyyədə peşəkar biliklər və praktik bacarıqlar öyrədilir. Məzunlar peşəkar bacarıqlar və sektorda nailiyyətlər əldə etdikdən sonra şərab və içki və ya iaşə sektorunda kariyera pillələrində tədricən irəliləyə bilərlər.

Kursun planı:

  • Qonaqpərvərlik sektorunu anlamaq
  • Biznes sahəsində uğurları anlamaq
  • Qonaqlara xidmət göstərmək
  • Qonaqpərvərlik sektorunda dayanıqlılıq barədə məlumatlı olmaq
  • İş yerinin peşəkar standartları
  • Özünü inkişaf etdirmədə şəxsi rolunu anlamaq
  • Qida təhlükəsizliyi və gigiyena, HACCP (Rsiklərin təhlili və əsas məkanlarda nəzarət)
  • Menyu üzrə biliklər
  • Mizanplas
  • Yemək və içki servisi göstərmək
  • Servis edilmək üçün içkilər hazırlamaq
  • İsti, alkoqolsuz və alkoqollu içkilər üzrə bilikləri inkişaf etdirmək

Kurs üçün dəst:

  • Kvalifikasiya kitabçası
  • Təlim materialı
  • Aşpazlar üçün uniforma dəsti – Pencək, şalvar, önlük, papaq, ayaqqabı
  • Məzun geyimi

Interested?

We invite you to learn more about what we have to offer students who choose to enrol with the CÀSÀ Culinary Arts Center.

Please take a look at the information on our website page, as well you can plan your visit to our school, to get to know more about the CÀSÀ Culinary Arts Center.