Qida Təhlükəsizliyi üçün
Mətbəx Auditləri

“CÀSÀ”nın auditorları müntəzəm olaraq müştərilərimizin müəssisələrində mətbəxin auditini həyata keçirməklə qida təhlükəsizliyi və gigiyenası üçün risk səviyyələrini qiymətləndirirlər. Müştərilərimizin tez-tez verdiyi sual  - bu cür mətbəx auditi zamanı faktiki olaraq qida təhlükəsizliyinin hansı sahələrinə müraciət edilməsidir. Müştərilərimiz auditin həyata keçirildiyi zaman heç bir problemli sahənin ortaya çıxmamasını təmin etmək istəyirlər.

Mütəxəssis qrupumuz Azərbaycanın qida təhlükəsizliyi və gigiyenası sahəsində qanunvericiliyinə uyğun əsaslı audit metodları hazırlamışdır.  

Mətbəx auditinin həyata keçirilməsi vasitəsilə onlar qanunvericiliyin tələblərinin pozulduğu bütün sahələri dərhal müəyyənləşdirəcəklər. Müştərilərimiz üçün həyata keçirdiyimiz istənilən mətbəx auditinə daxili protokollar və siyasətlər də inteqrasiya edilir. Beləliklə, mətbəx auditi, sadəcə, təşkilatınızın rəhbərliyini gözlənilməz yoxlamalara hazırlamağın gözəl bir usuludur. Hər bir mətbəx auditi başa çatdıqdan sonra işçiləriniz Qida təhlükəsizliyinin yoxlanılması zamanı dəqiq olaraq nələrin əhatə edildiyini öyrənəcəklər. Onlar həmçinin mətbəx gigiyenası və qida təhlükəsizliyi baxımından hansı səviyyədə olduqlarını öyrənəcəklər və qida gigiyenası səviyyəsinə dair sertifikat almazdan əvvəl problemlərin mövcud olduğu sahələri qaydaya salmaq üçün onlara lazımi vasitələr veriləcək.

“CÀSÀ”nın Qida təhlükəsizliyi məqsədilə həyata keçirdiyi mətbəx auditləri aşağıdakıları qiymətləndirmək üçündür:  
  • Gigiyena
  • Sanitariya
  • Qida təhlükəsizliyi
  • Dizayn
  • Ləvazimatlar
Qida təhlükəsizliyi üçün mətbəx auditlərimiz müştərilər üçün oteldə, yemək məkanlarında, oyun, restoran və iaşə sektorlarında həyata keçirilir və hər bir müştərinin spesifik ehtiyaclarına uyğunlaşdırılır.
 
Nə üçün mətbəx auditini həyata keçirməli?
 
Əgər müəssisənizdə mətbəx auditi keçirsək, qanunvericiliyin tələblərinə hansı səviyyədə əməl edildiyinin aşkara çıxmasını gözləyərdiniz? Bütün il boyunca diqqətinizi qida təhlükəsizliyi və gigyenasına yönəltməklə Siz daha çox əmin ola bilərsiniz ki, müəssisəniz hüquqi baxımdan qorunur və müştərilərinizin təhlükəsizliyi hər zaman təmin olunur.

Əlavə məlumat əldə etmək və ya xidmətlər üçün müraciət etmək üçün zəhmət olmasa, Onlayn müraciət forması təqdim edin və ya Dəstək qrupumuzla əlaqə saxlayın: +99450 250 76 32